İQTİSADİYYAT


Abşeron rayonunun Pirəkəşkül avtomobil yolunun tikintisi davam edir

Abşeron rayonunun Pirəkəşkül avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Prezidentin Sərəncamına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müvafiq inşaat işləri davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, başlanğıcını Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 33-cü kilometrindən götürən və 7,3 kilometr uzunluğa malik Pirəkəşkül avtomobil yolu uzun müddət istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmayıb. Bu isə avtonəqliyyat vasitələrinin rahat hərəkətinə problemlər yaradırdı. Bu problemlərin aradan qaldırılması, Pirəkəşkül qəsəbəsinin 1.4 min əhalisinin rahat gediş-gəlişini təmin etmək məqsədilə AAYDA tərəfindən təxirəsalınmaz tədbirlərə başlanılıb.