İQTİSADİYYAT


Bakıda Azərbaycan-Macarıstan Kənd Təsərrüfatı Biznes Forumu keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumda çıxış edən Kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycanda dayanıqlı kənd təsərrüfatı sisteminin qurulduğunu, kənd təsərrüfatında rəqəmsallasma proseslərinə başlanıldığını bildirib. Macarıstanla aqrar sahədə əməkdaşlığın hər iki dövlət üçün fayda verəcəyini vurğulayan nazir Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Macarıstan şirkətlərinin də iştirakı üçün imkanların olduğunu deyib.