İDMAN


Çingiz Hüseynzadə: Ən böyük hədəfimiz “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında uğurla çıxış etməkdir

Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) səkkizinci hesabat-seçki Baş Məclisini keçirdik. Əslində, bu iclas ötən il keçirilməli idi. Bildiyiniz kimi, bu tədbiri hər Yay Olimpiya Oyunlarından sonra keçirirdik. Lakin pandemiya ilə əlaqədar həm Olimpiya Oyunları, həm də hesabat tədbirimiz təxirə salındı. Bugünkü tədbirdə Milli Olimpiya Komitəsinin ötən beş ildəki fəaliyyəti barədə hesabat verildi.AZƏRTAC xəbər verir ki, bu sözləri yenidən MOK-un vitse-prezidenti seçilən Çingiz Hüseynzadə dekabrın 16-da jurnalistlərə müsahibəsində deyib.