Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş Şirvan Kollektorunda yeni mövsümə hazırlıq görülür

17.12.2021 [12:49]

Xəbərin mətni

Baş Şirvan Kollektorunun İstismarı İdarəsi yeddi rayonun, ümumilikdə, 253 min hektar ərazisinə 2399 kilometr uzunluqda kollektor dren şəbəkəsi vasitəsilə xidmət göstərir. İdarənin balansında 932 körpü-keçid, ümumi gücü 38,75 m³/san olan 11 nasos stansiyası mövcuddur. Nasos stansiyalarında təmir işləri aparılıb, nasaz nasoslar dəyişdirilib. Həmin nasos stansiyalar vasitəsilə qrunt suları Xəzər dənizinə axıdılıb.