İQTİSADİYYAT


Ağa Nemətulla küçəsi təmir olunub, Qarabağ küçəsində işlər davam etdirilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə,uzunluğu 1.8 km təşkil edən Ağa Nemətulla küçəsində aparılan təmir işləri zamanı mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib, üzərinə tamet daşlar döşənib, küçə boyu hər bir tərəfdə yeni səki daşları düzülüb, xüsusi parkinq yerləri yaradılıb. Bundan başqa 2 nöqtədə vətəndaşların küçəni daha rahat və təhlükəsiz keçməsini təmin etmək məqsədi ilə yol ayrıcında təhlükəsizlik adacıqları inşa edilib.