İQTİSADİYYAT


Metropolitendə mühərriklər və elektrik avadanlıqlarının təmiri vahid mərkəzdə cəmləşdirilib

Metropolitendə mühərriklər və elektrik avadanlıqlarının təmiri vahid mərkəzdə cəmləşdirilib.Bu barədə AZƏRTAC-a “Bakı Metropoliteni” QSC-nin sözçüsü Bəxtiyar Məmmədov məlumat verib. O, yeni xidmətin yaradılmasında əsas məqsədin istismarda olan elektrik mühərriklərinin təmirinin yeni dövrün tələblərinə və iş prinsiplərinə uyğun ardıcıllıqla qurulması, dünya təcrübəsindən bəhrələnməklə yeniliklərin daha sürətli tətbiqi olduğunu söyləyib.