SİYASƏT


Kəlbəcər və Laçın rayonlarında hərbi obyektlər istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin yüksək dağlıq ərazilərdə xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğı nəticəsində həyata keçirilən işlər davam etdirilir.Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Kəlbəcər və Laçın rayonlarında səfərdə olan nazirliyin rəhbərliyi yeni inşa olunmuş hərbi təyinatlı obyektlərin açılışında iştirak edib.