İDMAN


Tanınmış qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr edilən yeddinci super turnirin təntənəli açılış mərasimi olub

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr edilən yeddinci super turnirin dekabrın 18-də təntənəli açılış mərasimi olub.AZƏRTAC xəbər verir ki, “Fairmont Baku” hotelində təşkil olunan yarışın açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Sonra Vüqar Həşimovun xatirəsi bir dəqiqəlik sükutla anılıb, tanınmış şahmatçının xatirəsinə həsr edilən videoçarx nümayiş olunub.