Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabaha olan hava proqnozu açıqlanıb

19.12.2021 [14:28]

Dekabrın 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata əsasən, səhər arabir duman olacaq, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.