İQTİSADİYYAT


Bakı və Abşeronda “Kənddən Şəhərə” Yeni il yarmarkaları keçirilir

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təşkil olunan “Kənddən Şəhərə” Yeni il yarmarkası dekabrın 20-dən fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, yarmarkanın təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və bayram ərəfəsində şəhər sakinlərinin kənd təsərrüfatı və qida məhsullarına olan tələbatlarını təbii məhsullarla dolğun şəkildə qarşılamaqdır.