Azərbaycan Dövlət İnformasiya Agentliyi

AMADA “Parlaq gələcək üçün narkotikə yox” mövzusunda tədbir keçirib

20.12.2021 [17:53]

Xəbərin mətni

Dekabrın 20-də Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) idmanda narkotik vasitələrlə mübarizəyə həsr olunmuş “Parlaq gələcək üçün narkotikə yox” mövzusunda tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMADA ilə yanaşı, Gənclər və İdman Nazirliyinin, Daxili İşlər Nazirliyinin (DİN) Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Dövlət Gömrük Komitəsinin nümayəndələri də iştirak ediblər.