CƏMİYYƏT


Bakıda xəstə ağaclar utilizasiya edilir

Artıq bir müddətdir ki, paytaxtın bir sıra ərazilərində xeyli əvvəl əkilmiş şam ağaclarının bir sıra növlərinin quruması baş verir ki, bu da bu da dövlət qurumlarını, ictimaiyyəti və sakinlərimizi ciddi narahat edir. Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində Ekologiya və Təbbi Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumların nümayəndələrinin, alim və mütəxəssislərin iştirakı ilə müşavirə keçirilib və məsələ geniş müzakirə edilib. Müşavirədə qeyd edilib ki, mürəkkəb landşaft və quru iqlimə malik Bakı şəhərinin bəzi ərazilərində şam ağaclarının bir hissəsi sürətlə yayılan göbələk xəstəliyinə tutulub.