Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Qubada keçirilən əmək yarmarkasında 200-dən çox iş yeri təqdim olunub

23.12.2021 [16:03]

Xəbərin mətni

Dekabrın 23-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Qubada keçirilən əmək yarmarkasında işaxtaranlara 200-dən çox vakant iş yeri təklif olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba, Qusar və Xaçmaz sakinləri üçün təşkil olunan aktiv məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə 24 müəssisədə vakant iş yerləri təqdim edilib.