Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

AMADA son beş ildə 6260 test nümunəsi götürüb

23.12.2021 [17:43]

Xəbərin mətni

AMADA son beş ildə 6260 test nümunəsi götürüb. Bunlardan 5400-ü yerli, 860-ı isə beynəlxalq sifarişlər üzrə həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli dekabrın 23-də təşkil olunan mətbuat konfransında deyib.
Ş.Hüseynli bildirib ki, hesabat dövründə 76 qayda pozuntusu qeydə alınıb və 9 idmançı barəsində xüsusi qərar qəbul olunub.