Hərbçilər "Sonsuz Tanrı məhəbbəti" tamaşasını alqışlarla qarşılayıblar
23.12.2021 [18:08]
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin klubunda 2021-ci il - "Nizami Gəncəvi İli" çərçivəsində növbəti tədbir keçirilib. Azərbaycan Ordusunun birlik, birləşmə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, qoşun növləri və qisimləri , eləcə də əlahiddə hərbi bölmələrin şəxsi heyətlə iş üzrə komandir müavinlərinin və psixoloqların təlim-metodiki toplantısı iştirakçıları üçün təşkil edilmiş tədbirdə Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani çıxış edərək bildirib ki, bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açan, insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin zəngin yaradıcılığının müstəsna əhəmiyyəti nəzərə alınmaqla Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2021-ci il Azərbaycan Respublikasında "Nizami Gəncəvi İli" elan edilib. Nizami Gəncəvi bu gün də müasirdir.