İQTİSADİYYAT


İmişli şəhərinin 70 faizində qaz verilişi bərpa olunub – qəzanın nəticələri aradan qaldırılır

İmişli şəhərində qəza zamanı sıradan çıxan qaz xəttinin bərpası üçün işlər davam etdirilir. Axşam saatlarında şəhərin 70 faizində qaz verilişi bərpa olunub. Günün sonuna kimi işlərin tam yekunlaşması və digər ərazilərin də qazla təmin olunması gözlənilir.