İQTİSADİYYAT


İmişlidə istixanalarda bol pomidor məhsulu yetişib

İmişli rayon istixanalarında bol məhsul yetişib. Təsərrüfatlarda beşinci yığım davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bir neçə həftədir istixanalardan pomidor məhsulu tədarük edilir. Üç ay müddətində çəkilən əziyyət öz bəhrəsini verib. Təsərrüfat rəhbəri Qoçu Bayramov bildirib ki, avqust ayında istixanalarda aqrotexniki işlər tamamlanaraq şitillər əkilib. İki hektarlıq istixanada 50 min şitil yetişdirilib. Kolların böyüməsində tozlandırmanı sürətləndirmək məqsədilə arılardan da istifadə edilib.