Əlisəttar Atakişiyev-- Milli kinomuzda uşaq-fantastika filmlərinin rejissoru
25.12.2021 [16:47]
Əlisəttar Atakişiyev Milli kinomuzda çoxşaxəli yaradıcılığı ilə - operator, ssenarist, geyim, dekorasiya və quraşdırma çəkilişlərinin rəssamı, uşaq-fantastika filmlərinin məharətli rejissoru kimi iz qoyub. Onun “Qızıl fond”a daxil olan filmləri peşekar ekran kompozisiyası ilə seçilir. Sənətkar dəyərli ekran əsərləri ilə Milli kinomuzu Sovetlər məkanında və xarici ölkələrdə ləyaqətlə təmsil edərək sənətin aliliyinə xidmət edib.