Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

26.12.2021 [14:27]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6° isti, gündüz 8-11° isti, Bakıda gecə 3-5°, gündüz 8-10° isti olacaq.