CƏMİYYƏT
Türkiyənin ilk qadın vəkili - azərbaycanlı Sürəyya Ağaoğlu
28.12.2021 [14:04]
Xəbərin mətni
Türkiyə Cümhuriyyəti qurulduqdan sonra bu ölkənin banisi, qardaş xalqın ulu öndəri Mustafa Kamal Atatürk siyasətinin prioritetlərindən biri də türk qadınını önə çəkərək onları cəmiyyətə qazandırmaq idi. Məhz bundan sonra qardaş Türkiyədə bir çox qadın müxtəlif sahələr üzrə adını ilklər siyahısına yazdıra bildi. Bu xanımlardan biri də Türkiyənin ilk qadın vəkili azərbaycanlı Sürəyya Ağaoğludur.