İQTİSADİYYAT
Cənubi Muğan Kanalı İstismarı İdarəsi növbəti suvarma mövsümünə hazırlaşır
29.12.2021 [11:22]
Xəbərin mətni
Cari ildə Təzə Cənubi Muğan, Köhnə Cənubi Muğan və Maşın qolu kanallarında, ümumilikdə, 244,7 min kubmetr lildən təmizlənmə işləri aparılıb.
Cənubi Muğan Kanalı İstismarı İdarəsindən AZƏRTAC-a bildirilib ki, kanallar üzərindəki hidrotexniki qurğular, həmçinin Maşın qolu kanalı və istismar yolları da təmir olunub. Bundan başqa, Cənubi Muğan kanalı İstismarı İdarəsinin balansında olan nasos stansiyalar da təmir olunaraq yenidən istismara verilib.