Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bu il Dövlət Sosial Müdafiə Fondu ötən illə müqayisədə 8,5 faiz çox gəlir əldə edib

29.12.2021 [14:01]

Xəbərin mətni

Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun xərcləri 5,92 milyard manat olub ki, bu da 2017-ci illə müqayisədə 1,951 milyard manat və yaxud təxminən 49 faiz artım deməkdir. Son 4 ildə pensiya xərcləri 40 faiz artaraq 4,591 milyard manat olub, müavinət xərcləri 2,1 dəfə artaraq 590 milyon manat, təqaüd xərcləri 4,5 dəfə artaraq 417 milyon manat, məcburi dövlət sosial sığorta xərcləri isə 32 faiz artaraq 125 milyon manata yüksəlib.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2021-ci il ilin yekunlarına dair mətbuat konfransında deyib.