Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Kuala Lumpurda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

29.12.2021 [16:08]

Xəbərin mətni

Azərbaycanın Malayziyadakı səfirliyinin təşkilatçılığı ilə Kuala Lumpur şəhərində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Malayziyanın müxtəlif ştat və şəhərlərindən gəlmiş həmvətənlərimiz, Türkiyə Respublikasının Malayziyadakı səfiri Merve Kavakçı, qardaş ölkə səfirliyinin əməkdaşları, eləcə də Azərbaycanın Kuala Lumpurda yaşayan dostları iştirak ediblər.