Sabaha olan hava proqnozu açıqlanıb
01.01.2022 [14:32]
Yanvarın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildirilib ki, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi arabir güclənəcək.