SİYASƏT


Müdafiə naziri Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsi, həmçinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə əlaqədar ordu quruculuğunda aparılan islahatlar çərçivəsində yeni hərbi obyektlərin tikintisi davam etdirilir.
Yanvarın 4-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində olublar.