“Beşiktaş” Super Kuboku “lotereya” ilə qazandı
06.01.2022 [12:24]
Türkiyə Super Kubokunun növbəti qalibi məlum olub.Qətərdə keçirilən həlledici matçda “Beşiktaş” və “Antalyaspor” komandaları qarşılaşıb.Qarşılaşmada ilk qol İstanbul təmsilçisindən gəlsə də, komanda hesabdakı üstünlüyünü qoruya bilməyib.Oyunun 1:1 hesabı ilə başa çatdığından matçın taleyi “lotereya” ilə - penaltilər seriyasında müəyyənləşib.
Seriyada “Beşiktaş” daha üstün olub - 4:2.