İQTİSADİYYAT


Biləsuvarda zərərvericilərə qarşı mübarizə tədbirləri görülür

Bölgələrdə taxıl sahələrinin əsas fitosanitar müşahidə və mübarizə tədbirlərinə başlanılıb. Biləsuvarda da Bitki Mühafizə Mərkəzinin mütəxəssisləri tərəfindən bu il 10 min hektardan artıq sahədə gəmiricilərə və çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinin aparılması proqnozlaşdırılıb.AZƏRTAC xəbər verir ki, hər il Biləsuvar rayonunda 30 min hektardan çox sahədə dənli bitkilər əkilir. Bu il də fermerlər payızlıq əkin olaraq 20 min hektar buğda, 14 min hektara yaxın arpa bitkisinin əkinini həyata keçiriblər. Erkən səpin aparılan sahələrdə artıq 100 faiz çıxış əldə olunub.