DÜNYA


Volf vulkanı püskürməyə başladı

Qalapaqos adalarında Volf vulkanı püskürməyə başlayıb.Ada Milli Parkının məlumatına görə, vulkan püskürməsi Qalapaqos arxipelaqının unikal faunası ilə tanınan ən böyük adası olan İzabelada qeydə alınıb.Arxipelaqın aid olduğu Ekvadorun Geofizika İnstitutu qaz və kül buludlarının 3,8 min metr hündürlüyə qalxdığını, vulkanın cənub və cənub-şərq yamacları boyunca lava axınlarının hərəkət etdiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır