DÜNYA
Çində yeməkxanada baş vermiş partlayış nəticəsində ölənlərin sayı 16-ya çatıb
08.01.2022 [12:22]
Xəbərin mətni
Çinin Çunçin şəhərində yeməkxanada baş verən partlayış nəticəsində ölənlərin sayı 16-ya çatıb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
AZƏRTAC şəhər hökumətinin məlumatına istinadla xəbər verir ki, axtarış-xilasetmə işləri zamanı yeməkxana binasının dağıntıları altından 16 nəfərin meyiti çıxarılıb. Yaralı halda tapılanlar xəstəxanalara yerləşdirilib.