Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dəniz aslanı San Dieqo şossesində görüntülənib

08.01.2022 [14:00]

ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhərində maraqlı hadisə baş verib. Belə ki, dəniz aslanı şəhərdə yollarının birində görünüb. AZƏTAC ABC News-a istinadla xəbər verir ki, ətrafdakı insanların köməyi ilə dəniz şiri sözügedən ərazidən xilas edilib.