Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah hava əsasən yağmursuz keçəcək

09.01.2022 [14:40]

Yanvarın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildiriblər ki, mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.