DÜNYA


Türkiyədə plastik zavodunda yanğın baş verib

Türkiyənin Kartəpə rayonundakı plastik materialları istehsal edən zavodda yanğın baş verib. Naməlum səbəbdən baş verən yanğınla əlaqədar bölgəyə çoxlu sayda yanğınsöndürən, təcili tibbi yardım və polis qrupları göndərilib. Yanğınsöndürənlər dərhal alovlara müdaxilə edib və 3 saat sonra yanğını söndürməyə nail olublar. İçəridə olan plastik materialların alışması yanğınsöndürənlərə çətin anlar yaşadıb.