Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bəzi qərb rayonlarında havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir

11.01.2022 [14:45]

Azərbaycanda yanvarın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.