Türkiyə millisinin və “Qalatasaray”ın sabiq futbolçusu qəzada həlak oldu
11.01.2022 [15:21]
Türkiyəli futbolçu Əhməd Çalık yol-nəqliyyat hadisəsi zamanı həlak olub.O, “Konyaspor” futbol klubunda oynayıb.Qeyd edək ki, 28 yaşlı futbolçu 2016-17-ci illərdə “Qalatasaray” komandasının da şərəfini qoruyub. O həmçinin səkkiz dəfə Türkiyə millisinin heyətində meydana çıxıb.