Fermadan qaçan dəvəquşular şəhəri bir-birinə qatdı
12.01.2022 [10:42]
Çinin cənubundakı Quansi-Çjuanski muxtar bölgəsində fermadan qaçan 80-ə yaxın dəvəquşu sakinlərin həyatına maneə yaradıb. AZƏRTAC xarici mediaya istinadən xəbər verir ki, aidiyyəti qurumlar quşları şəhər küçələrindən yığmaq üçün gün boyu onları izləmək məcburiyyətində qalıb.