CƏMİYYƏT


Masallıda bu il 1000 hektar sahədə kartof əkiləcək

Kartofçuluq Masallının ənənəvi kənd təsərrüfatı sahələrindən biridir. Bir neçə gündür rayonda yazlıq kartofun əkininə başlanılıb.
AZƏRTAC xəbər verir ki, ölkəmizin cənub rayonlarında, o cümlədən Masallıda kartof əkini üçün ən münasib dövr yanvar-fevral ayları hesab olunur. Ötən il rayonda 893 hektar sahədən 16 min tona yaxın kartof yığılıb. Bu il isə 1000 hektar sahədə kartof əkilməsi nəzərdə tutulub. Kartof əsasən rayonun Təklə, Ləngan, Təzə Alvadı, Köhnə Alvadı, Əhmədli, Sığıncaq kəndlərində əkilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır