MƏDƏNİYYƏT
Bugün Xalq artisti Mirzə Babayevin anım günüdür
13.01.2022 [12:55]
Azərbaycan estrada musiqisinin banilərindən biri Mirzə Babayev 1913-cü il iyul ayının 16-da Bakı şəhərinin Maştağa kəndində dünyaya gəlib. Azərbaycan musiqisinə şanson janrını gətirən görkəmli sənətkar bugün də dillər əzbəri olan bir çox unudulmaz mahnıların ifaçısı olub və həmçinin 40-dan artıq filmdə rol alıb.Uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. 24 may 1960-cı ildə "Azərbaycan SSR əməkdar artisti", 4 mart 1992-ci ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına layiq görülmüş, iki dəfə "Humay" mükafatı laureatı olmuşdur. 2003-cü il yanvarın 13-də, 89 yaşında vəfat edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
18.03.2023 [22:47]
18.03.2023 [22:18]
23.03.2023 [15:07]
15.03.2023 [16:07]
08.03.2023 [16:49]