Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çin XİN rəhbəri: Çin Türkiyənin regional və beynəlxalq məsələlərdəki unikal rolunu tanıyıb

13.01.2022 [14:18]

Xəbərin mətni

Çin Türkiyənin regional və beynəlxalq məsələlərdəki unikal rolunu tanıyıb və gerçək multilateralizmin birgə təminatı üçün Ankara ilə əlaqələrin tərəfdarıdır.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə yanvarın 12-də Çinin Usi şəhərində keçirilən görüşdə deyib. Van İ Çin və Türkiyəni qarşılıqlı etimadı möhkəmləndirməyə və ikitərəfli əlaqələrin sağlam inkişafını birgə təşviq etmək üçün bir-birini dəstəkləməyə çağırıb.