İQTİSADİYYAT


Prezident: Azərbaycanın bərpaolunan enerji potensialına dünya şirkətləri tərəfindən böyük maraq var

"Xızı-Abşeron" külək elektrik stansiyasının yaradılması bir çox mənalarda olduqca önəmli və əhəmiyyətli layihədir. Digər potensial investorlar üçün də bir siqnaldır ki, onlar da vaxt itirmədən müəyyən addımlar atsınlar.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimindəki çıxışında səsləndirib.