Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Göyçayda uzun illər istifadə olunan beton kanal əsaslı təmir edilib

14.01.2022 [11:53]

Xəbərin mətni

Göyçay rayonunda 26448 hektar əkin sahələrinin suvarılması üçün 3 su mənbəyindən istifadə edilir. Göyçay çayı vasitəsilə 7069 hektar, Yekəxana su anbarı vasitəsilə 1607 hektar və Yuxarı Şirvan Kanalı vasitəsi ilə 17772 hektar sahə suvarılır. İdarə tərəfindən su itkisinin qarşısının alınması və uzun müddət istismar edilən beton kanalların əsaslı təmir olunaraq yenidən fermerlərin istifadəsinə verilməsi istiqamətində xeyli iş görülüb.