DÜNYA
Türkiyədə avtobus qəzası: 1 nəfər ölüb, 15 nəfər xəsarət alıb
16.01.2022 [14:44]
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.
AZƏRTAC Türkiyə KİV-lərə istinadən xəbər verir ki, hadisə Sivasda, Koyulhisar ərazisində baş verib. Sərnişin avtobusu yük maşını ilə toqquşub. Qəza nəticəsində 1 nəfər həlak olub, 15 nəfər xəsarət alıb.