DÜNYA
Türkiyədə güclü zəlzələ baş verib
18.01.2022 [10:23]
Türkiyənin mərkəzi hissəsində 5,0 bal gücündə zəlzələ baş verib.Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.Bildirilir ki, yeraltı təkanların episentri təxminən 592 min nəfər əhalisi olan Kayseri şəhərindən 52 km şimal-şərqdə olub. Zəlzələnin ocağı 1 km dərinlikdə yerləşib.İlkin məlumatlara görə, 2 evə ciddi zərər dəyib, ev əhli müvəqqəti olaraq başqa yerə köçürülüb.