CƏMİYYƏT


Samsunda təhsil alan tələbələr: 20 Yanvar faciəsi qan yaddaşımızdır

Türkiyənin Samsun 19 May Universitetində (Ondokuz Mayıs Üniversitesi) 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə Samsun Azərbaycan Tələbələr Təşkilatı tərəfindən keçirilən mərasimdə universitetin müəllim və tələbələri iştirak ediblər.