Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hazırkı mərhələdə Qarabağa avtobuslarla yalnız Azərbaycan vətəndaşları gedə biləcəklər

18.01.2022 [18:30]

Xəbərin mətni

Hazırkı mərhələdə Qarabağa avtobuslarla yalnız Azərbaycan vətəndaşları gedə biləcəklər.
AZƏRTAC xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
O bildirib ki, təşkil edilən avtobus reysləri turizm məqsədli yox, ziyarət məqsədlidir. Vətəndaşlar bu avtobus reyslərindən istifadə edərək işğaldan azad olunmuş ərazilərə gedib oradakı mövcud vəziyyəti öz gözləri ilə görə bilərlər.