Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın Olimpiya komandasının “Pekin-2022”də istifadə edəcəyi idman geyimi təqdim olunub

18.01.2022 [19:19]

Xəbərin mətni

Azərbaycanın milli Olimpiya komandasının “Pekin-2022” Qış Olimpiya Oyunlarında istifadə edəcəyi idman geyiminin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, milli-mənəvi dəyərlərimizə əsasən hazırlanan dəstdə qış fəslinin ruhu və rəngləri təcəssüm olunub.