Pakistanda ticarət mərkəzində baş verən partlayışda azı 2 nəfər ölüb, onlarla insan yaralanıb
21.01.2022 [14:32]
Xəbərin mətni
Pakistanın şərqində Lahor şəhərində ticarət mərkəzində baş verən partlayış nəticəsində azı 2 nəfər ölüb, onlarla insan yaralanıb.
AZƏRTAC Əl-Cəzirə telekanalının saytına istinadla xəbər verir ki, partlayış Lohari Gate bölgəsində kiçik dükanların yerləşdiyi məhəllədə baş verib.
Telekanalın məlumatına görə, yaralıların müalicə olunduğu Lahorun Mayo xəstəxanasından bildirilib ki, partlayış nəticəsində 2 nəfər ölüb, ən azı 26 nəfər yaralanıb. Yaralılardan dördünün vəziyyətinin ağır olduğu qeyd edilib.