Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Hərbi vəzifəlilərin təlim toplanışı keçirilir

21.01.2022 [15:32]

Xəbərin mətni

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün hazırlıq planına əsasən, "N" hərbi hissəsində hərbi vəzifəlilərin təlim toplanışı keçirilir.
Ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunduğu toplanışın əsas məqsədi onların döyüş vərdişlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzun arsenalında olan müasir silah və hərbi texnikalar ilə yaxından tanış etmək, istismar qaydalarını öyrətməkdir.