İQTİSADİYYAT


Yasamalda 7 küçə əsaslı təmir olunur

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən avtomobil yolları, küçə və prospektlərdə təmir-bərpa, yenidənqurma işləri davam etdirilir.
AAYDA-dan verilən məlumata görə, bu çərçivədə Bakı Nəqliyyat Agentliyinin pilot layihəsi əsasında agentlik tərəfindən Yasamal rayonu Bəsti Bağırova və Məhəmməd Naxçıvani küçələrində, həmçinin bu küçələrlə kəsişən Giləzi, Murtuza Muxtarov, Cabbar Qaryağdıoğlu, Mirzə Fətəli Axundov və Mustafa Sübhi küçələrinin əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulur. Yenidənqurma işlərinin aparılması nəzərdə tutulan 7 küçənin ümumi uzunluğu 1 777 metrdir.