İDMAN


Pekin şəhəri Qış Olimpiya Oyunlarına hazırdır

“Pekin-2022” Qış Olimpiya Oyunlarının başlanmasına sayılı günlər qalıb.
AZƏRTAC xəbər verir ki, tarixə həm Yay, həm də Qış Olimpiya Oyunlarına ev sahibliyi edən yeganə şəhər kimi düşəcək Pekində bu mötəbər idman yarışına hazırlıq prosesi tamamlanıb. Yarışların keçiriləcəyi açıq və qapalı məkanlar, Olimpiya şəhərciyi, məşq zalları hazır vəziyyətdədir. Ən son texnoloji yeniliklərin tətbiqi ilə həyata keçirilmiş inşaat və quraşdırma işlərini yerli və xarici ekspertlər bir neçə dəfə yoxlayıb, müsbət rəy veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır