DÜNYA


İstanbulda sərnişin avtobusu aşıb, ölən və yaralananlar var

İstanbulda sərnişin avtobusu dərəyə aşıb. İlkin məlumata görə, iki nəfər ölüb, çox sayda xəsarət alan var.
AZƏRTAC xəbər verir ki, hadisə Şimali Mərmərə şosesinin Beykoz rayonundan keçən hissəsində baş verib. Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım və xilasetmə briqadaları cəlb edilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılırlar.Qəzanın başvermə səbəbləri hələ müəyyən edilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır